Reklam verin!

                          Nyuton başda olmaqla bütün  20 İyul qəhrəmanlarına... 

1960cı illərdə ABŞ-da sanki hər iş tərs gedirdi kimi bir görüntü var idi. Vyetnam müharibəsi (1965-73), öndəgələn bürokratlara edilən suiqəsdlər, küçələri terror zonasına çevirən şiddət mahiyyəti daşıyan aksiyalar vəs. Pessimist duyğuların yəqin ki maksimum dərəcədə olduğu günlər idi..

Buna görə də, 1969 cu ildə bir çox insan Aya gedəbilməyin mümkün olabilməyəcəyini düşünürdü. Bəziləri bunun texniki cəhətdən mümkünsüzlüyünü səbəb olaraq göstərirdi: “Necə olabilər ki təxminən 400 000 km-lik məsafəni qət edə bilək? Deyək ki, lap bu mümkün oldu. Bəs Ayın səthinə endikdən sonra Yerə sağ salamat qayıdılabiləcəyinə kim zəmanət verəbilərki?”(*)

Bəzi insanlarda bu şübhə sırf dini səbəblərdən dolayı ortaya çıxmışdı. Bu zehniyətə sahib olanlar, Dünyanın cazibə qüvvəsinin ta “yuxarı aləmlərə”(**) qədər təsir etdiyini qəbul edir, ancaq hansısa bir adəmövladının Aya gedəbilməyinin mümkünlüyünü isə düşünmək belə istəmirdilər.

Ancaq bütün bunlara baxmayaraq NASA öndərliyində bütün amerikalı elm adamları tədqiqatlarını sürətləndirdi. NASA-nın ilk addımları SSRİ-nin ilk süni peykini kosmosa fırlatmasından sonra başlamışdısa da elə də əhəmiyyətli bir irəliləyişə nail olunmamışdı. Ancaq indi söhbət Ayın səthinə ilk addımı atmaqdan gedirdi.. Yəni məsələ ciddi idi..

 

Siyasi aspektdən baxıldığında NASA, Kennedinin 1961 ci ildə dediyi “Bu ölkə, içində olduğumuz onillik bitmədən Aya ilk ayaq basanın burdan olması üçün, əlindən gələn hər şeyi etməlidir” sözlərinə görə hərəkət edirdi. Hansı ki əgər bu arzu reallaşabilsə, onda Soyuq Savaşda psixolojik üstünlük onlara keçəcəkdi.

Ancaq, elm adamlarının qayğısı, hansısa dövlətə ya da dövlətlər toplusuna qarşı abdalca bir mübarizədə önə çıxmaq xətrinə deyil, bilinməyənə qovuşmağa can atan o qüvvətli istəyin həyata keçməsi idi. Təbii ki SSRİ-nin bu sahədə bir nömrəli rəqibləri olduğunu da unutmurdular amma ən önəmli istək somniumun(yuxu) həyata keçməsi idi. O “Somnium” ki, Keplerin ölümündən sonra çap edilmişdi və tarixdə bizə məlum olan ilk science-fiction idi. Mövzu isə müəllifin cadugər anasının hardansa ortaya çıxartdığı cindən, fövqəltəbii güclər alaraq Aya getməyi bacaran bir oğlan üzərinə qurulmuşdu. Reallaşmasının namümkün olduğu hər nə qədər dilə gətirilsə də, bu hekayə, yazıçılara Aya gedə bilməyi xəyal etdirəbiləcək qədər qüvvətli idi. Hansı ki Jül Vern, 1856-ci ildə yazdığı “Aya Səyahət” romanında, ən incə detallarına qədər Aya səyahətin necə olacağını təsvir etmişdi. Məşhur fransıza görə üç adam bu səyahətə təxminən 274 metrlik nəhəng bir alüminum güllənin içində çıxmışdılar. Güllənin atıldığı yer isə, Floridada yerləşən Tampa şəhəri idi.

Üstündən 104 il keçdikdən sonra NASA, Floridada, Tampa şəhərindən 160 km şərqdə yerləşən Cape Canaveralda, titaniumdan hazırlanan nəhəng gülləni Aya göndərmək üçün sonuncu hazırlıqlarını görürdülər. Kosmonavtlar top gülləsinini içində səyahət etməyəcəkdilər amma 110 metrlik “Saturn V”(***) roketi də 550 dəfə kiçildilsə idi, yəqin ki güllədən heç cür seçilməzdi.

Roketimiz startda qalsın. Gəlin tarixə gedib, hazırlıq mərhələsinə nəzər salaq.

Son hazırlıqlardan biri, içində Neil Armstrongun da olduğu qrup  Ayı daha yaxından görəbilmələri üçün, Arizona-Flagstaffdakı Lowell rəsədxanasına göndərilməsi idi. Sonuncu (Lowell rəsədxanası) haqqında da azacıq məlumat versək yəqin ki pis olmaz.

Sözügedən rəsədxana 1894-cü ildə, Marsda həyatın olub olmadığını araşdırmaq üçün, varlı; varlı olduğu qədər də qəribə insan olan Percival Lowell tərəfindən qurulmuşdu. Hərçənd ki rəhmətlik, “balaca yaşıl məxluqları”  görə bilməmişdi amma bu rəsədxananın ölkə daxilində və xaricində, ayrı bir yeri və nüfuzu var idi. Lowell də, digər insanlar kimi, Günəş sistemində Yer də daxil olmaqla 7 planetin olduğuna inanırdı. Kopernikin vaxtına qədər aşkarlanan 5 planet (Merkuri, Venera, Mars, Yupiter, Saturn), plyus daha sonraki illərdə kəşf olunan Uran (1781) və..

Uranın kəşfindən bir müddət sonra astronomlar müşahidə etdilər ki, sözügedən planetin Günəş ətrafında dönərkən cızdığı orbit, Keplerin (bütün planetlər haqda) iddia etdiyi kimi ellips deyil. Təbii ki bu sapma (precession) hansısa bir cazibə qüvvəsi nəticəsində meydana gəlməliydi. Amma hansı? Bu, bir çox adamı vadar etdi ki buna səbəb (Uranın kütləsi- 86,565x1024, orbital sürəti – 6,87km/san və digər parametrləri vəs. nəzərə alındığında) olan şeyin hansısa bilinməyən bir planet olduğunu düşünsünlər. Və elə də oldu.. 1846-cı ildə  Neptun kəşfolundu.

Daha sonrakı müşahidələr isə, Lowell də daxil olmaqla, bu sapmaya Uranın təkbaşına səbəb olabilməyəcəyini göstərirdi. Bəs bu əsrar nədən qaynaqlanırdı? Bu suallara cavab tapabilmək üçün, Lowellin istifadə edəbiləcəyi sadəcə iki şey var idi; Nyutonun universal cazibə qanununu simvolizə edən F = G*m1*m2/d2 düsturu və təzə düzəltdirdiyi teleskop. Bunlarla belə Lowell, bu məchul planetin gələcək illərdəki mümkün koordinatlarını öncədən təxmin etmişdi və ona Planet X(1) adını vermişdi. Mr. Lowell bu məchul planeti görənə qədər yaşamasa da assissenti Clyde Tombaugh (Klayd Tombaf) 1930-cu ildə bu planeti Lowell rəsədxanasından müşahidə edə bildi.. Nov-zühur planetimiz Pluton idi.

Təzədən qayıdırıq 1969-cı ilə. Plutonun kəşfinə zəmin hazırlayan yuxarıdaki tənlik, NASA-nın Saturn V-i də Aya göndərməsində də həlledici rol oynayacaqdı.. Çünki əldə olan tək belə düstur bu idi.. Hətta bir az şişirtmə kimi görünsə də, əgər Aya getmək baş tutacaqdısa bunda ən böyük pay şübhəsiz ki, Nyutonun, bunu bizə necə etməyimizi göstərdiyi sözügedən riyazi modelləməsi sayəsində olacaqdı.

Uzun uzun hesablamalardan sonra astronomlar, Nyutonun dediyimiz tənliyini istifadə edərək Ayın hərəkət orbitini o dərəcədə həssas hesabladılar ki, NASA mühəndisləri artıq, hansı anda Ayın harda olacağını ən incə detallarına qədər öyrəndilər. Hətta Aya doğru yol aldıqca, Yerin cazibə üvvəsini hansı nisbətdə azalacağını və buna bağlı olaraq roketin uzunluğunun nə qədər olması gərəkdiyini də; Azadlıq Heykəlinin uzunluğunun iki misli qədər..

Roketi fırtlatmaq üçün, əlavə 5%-lik itmə qüvvəsinin yaranacağı Cape Canaveral bölgəsi seçilmişdi. Seçilmə səbəblərinə gəlsək; Bildiyiniz kimi Yer öz oxu ətrafında daim (nisbi olaraq)şərqə doğru hərəkət edir. Mərkəzə ən uzaq nöqtələr isə ekvator üzərində yerləşir. Ən uzaqda yerləşdiklərinə görə ən böyük mərkəzdənqaçma qüvvəti ilə hərəkət edirlər. Yəni Yerin öz oxu ətrafında hərəkətinin ən çox hissedildiyi yerlər, ekvator və ondan minimum uzaqlıqda yerləşən bölgələrdir. NASA-da məhz bu səbəblərdən dolayı buranı seçmişdi. (Hətta onu da qeyd edim ki bu itilmə qüvvəsindən tam faydalanmaq üçün NASA, elə indi də, roketlərini Yerin dönmə yönü olan Şərqə doğru fırladır. Bunda hansısa bir təhlükə də yoxdur çünki, Cape Canveral şərqində Atlantik Okeanı və bir neçə əhalisi az olan kiçik ada var) 

Düzdür mühəndislər JFK-nin irad buyurduğu nitqi dinləmişdilər amma Aya getməyin, bir roketi Aya fokuslayıb fırlatmaq olmadığını da bilirdilər. Məsələnin bu qədər asan olmadığını da bilirdilər. Bu məqsədlə NASA, 1969-cu ildə, Hyustonda(Texas) “Hədəflərin Planlanması və Texniki Analizi Mərkəzini” qurdu. Bu elmi mərkəzdə minə qədər mühəndis və alim yorulmadan tədqiqatlarını davam etdirirdilər. Üzərində dayanadıqları əsas məsələ isə, həmişə iki cismə tətbiq etdikləri UCQ-ni (üstdə) indi üç cismə necə tətbiq olunması gərəkdiyi idi. Bu qarışıq məsələyə three objects problem” (3 cismli məsələ) adı verildi. Məsələ qısaca olaraq belə idi: Roket sürətlə yoluna davam edərkən, Yer və Aydan olan uzaqlığı davamlı olaraq dəyişəcəkdi. Bu uzaqlığa görə də hər iki cism tərəfindən roketə tətbiq olunacaq cazibə qüvvələri davamlı dəyişən qiymətlər alacaqdı. Bütün bunların tam olaraq hesablanmağı mümkün deyildi. Ancaq bu vaxtdan sonra səhv etməkdən söz belə gedəbilməzdi; çünki ən kiçik səhv belə, somniumun başlamadan bitməsi demək olabilərdi. Ona görə də, hesablamalarını ən incə detallarına qədər aparmaq lazım idi. Buna səbəbdən də NASA, “Hədəflərin Planlanması və Texniki Analizi Mərkəzi” üçün olduqca mükəmməl proqramlanmış və o illərin ən son texnologiyası olan “IBM”  markalı EHM-kompüterlər təmin etdi. Kompüterlərlə əl-ələ verərəkdən 7/24 çalışan mühəndislər, NASA-nın Ay səthinə təcrübə üçün (və sonrakı) endirəcəyi roketlərin ora qədər getməsi üçün ən ucuz və təhlükəsiz yolu müəyyən etdilər. Bu Yerlə Ay arasında, gediş-gəlişlə birlikdə, təxminən 8 rəqəminə bənzəyən bir yol idi. Əks təqdirdə ya daha çox yanacaq sərf ediləcək ya da daha təhlükəli bir yol izlənmiş olacaqdı. Qaldı ki əgər kosmonavtlar  bu yolu izləyərəkdən Aya enişi reallaşdırabilməsələr belə, Ay ətrafında tam dövrə vurub, yerə sağ salamat qayıdabiləcəkdilər. Hansı ki dönüş sırasında roketin (Ayda) mərkəzdənqaçma qüvvəsinin (F = m*v2/R; m, v, roketin müvafiq olaraq kütləsi və sürəti. R, Ayın radiusu ) təsiri ilə əlavə yanacağa ehtiyacı olmadan da, bu dönüş başverəbiləcəkdi. Qısacası “8” (the lucky eight) hələlik tapılan ən yaxşı yol idi.. Nəhəng titan güllə Yer ilə Ay arasında 8 cızacaqdı..

16 İyul 1969. Artıq hər şey tamamlanmışdı. Aya ayaq basmaqdan şübhə edənlərin yanıldığını göstərmək üçün artıq hər şey yerli yeində idi.. Təkcə, “countback”lərlə, hər kəsin bir ağızdan “ten, nine, ... , three, two, one” saymağı.. Və nəhəng mərmi arxasında böyük od-alov buraxaraq uçuşa başladı. Neil Armstrong, Buzz Aldrin və Michael Collins adlarındakı üç kosmonavt insanlığın ilk Ay səyahətini  gerçəkləşdirmək üçün, ilk cəhdi etdilər.

Başlanğıcda 40 000 km/saatla hərəkət edən gəmi, 305 000 km sonra, gəmi sanki yoxuşdan aşağı enərcəsinə, sürətlənməyə başlamışdı.. Bura Ayın cazibə qüvvəsinin, Yerin cazibə qüvvəsini üstələdiyi nöqtə idi.       

20 İyulda, Hyuston saatı ilə, 03:18 PM-də (15:18) 600 milyondan çox insan, gəminin Səssizlik Dənizinə ağır-ağır enməyini izlədiyində, NASA mühəndisləridə dərindən bir nəfəs aldılar. Somnium  gerçək olmuşdu. Bir neçə dəqiqə sonra isə Dünya, Armstrongun Aya ayaq basmasına şahid oldu. Və Armstrongun dodaqlarında bu cümlə səsləndi: "That's one small step for a man, one giant leap for mankind” – Bu, insan üçün kiçik bir addım, insanlıq üçün isə nəhəng bir sıçrayışdır..   

--------------------------

*        - Nüfuzlu kilsələrin dərgilərinin birindən alınıb.     

 **  -Akvinalı Fomadan bu yana puritan xristianların kainatla əlaqəli mənimsədiyi “elmi” görüş. Təməllərini Aristotel atdığı bu model, düz 19 əsr öz aktuallığını qorudu və elm çevrələrində qəbul gördü. Renessans astronomlarının yeni çağ başlatan kəşfləri ilə öz əhəmiyyətini itirməsinə baxmayaraq, son dönəmlərə qədər inananlarının varolduğu da qeydedilir. Nəzərə alsaq ki Vatikan Qalileyin astronomiya ilə əlaqəli yazılarını, 31 Oktyabr 1992 tarixinə qədər oxunulması yasaqlanmış kitablar siyahısından silməmişdi, bu da normal qarşılanmalıdır.

*** - Səhv anlaşılmasın deyə qeyd edim ki, “Saturn V” roketin markası idi. NASA-nın 1967-72 illəri arasında Aya göndərdiyi roketlər, istisnasız olaraq, “Saturn V” ailəsinə mənsub idi. Məşhur “Apollon”  isə roketin adıdır.  

1 - http://en.wikipedia.org/wiki/Pluto#Discovery  

Müraciət edilən qaynaqlar:

Five Equations that Changed the World: The Power and Poetry of Mathematics – Michael Guillen

Isaac Newton - Gale E. Christianson

 
Bookmark and Share

Açar sözlər: ayın fəthi nyuton ümumi dünya 

Yazar: maxinator | Tarix: İyul 20, 2008 19:55 | məqaləyəbənzər | Şərhlər(0) | Baxış sayı: 81

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha